21.11.2024, 21:51
AZ EN
09.01.2024, 08:05 343

Ağdam şəhərinin mərkəzinə qədər dəmir yolu xətti tikilib

QARABAĞ
  • "Bərdə-Ağdam dəmir yolu layihəsi vacib layihələrdən biridir və artıq demək olar ki, Ağdam şəhərinin mərkəzinə qədər dəmir yolu xətti tikilib".

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, 2023-cü il Qarabağda dəmir yolu infrastrukturunun qurulması baxımından da əlamətdar bir il olub:

“2020-ci ildən başlayaraq biz işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində işlərimizi davam etdiririk. Bərdə-Ağdam layihəsi vacib layihələrdən biridir və artıq demək olar ki, biz Ağdam şəhərinin mərkəzinə kimi dəmir yolu xəttini artıq hazırlamışıq, tikilib inşa edilib. Hazırda Bərdə,Təzəkənd və Köçərli stansiyalarının yekunlaşması başa çatmaq üzrədir. Ümumilikdə ümumi oxu üzrə 47,1 uzunluğunda olan dəmir yolu xəttinin inşaası yekunlaşır. Təbii ki, onun təsərrüfat obyektləri, ümumiyyətlə digər infrastruktur yeni yardımçı infrastruktur layihələri tamamlandıqdan sonra layihə üzrə yekunlaşması nəzərdə tutulub”.

O, daha sonra əlavə edib ki, artıq layihə üzrə işlərimizin 90 faizi icra olunub: “Həmçinin dəmir yolu və avtovağzal kompleksinin yeni vahid nəqliyyat qovşağı olaraq onların hazırlanmasının layihələndirmə işləri yekunlaşıb. Bu il ərzində artıq həmin kompleksin tikintisinə start veriləcək. Bununla yanaşı, biz Bakı-Böyük-Kəsik dəmiryolu xəttinin Qarabağ qolu hesab olunan Yevlax-Bərdə yolunda layihələndirilməsi üzərində iş aparırıq və məqsədimiz mərhələli şəkildə ölkə boyu dəmir yolu xəttinin xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunu yenidən qurmaq, infrastrukturu sağlamlaşdırmaqdır”,- deyə vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər