22.11.2024, 22:16
AZ EN
18.08.2022, 12:25 372

Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Dirçəliş Fonduna ianə edib

QARABAĞ
  • İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstək göstərilməsi məqsədilə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən Qarabağ Dirçəliş Fonduna 100 000 AZN (yüz min) məbləğində ianə edilib.

Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün Veysəloğlu Şirkətlər Qrupuna təşəkkür edib və hər kəsi işğaldan azad olunan ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa dəvət edib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Qarabağın uzun illər davam edən işğalına son qoyub. Azərbaycan dövlətinin tarixində əbədi qalacaq bu Zəfər ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaradıb.

Həmvətənlərimizin etdiyi ianələr işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtması prosesini sürətləndirməyə imkan yaradacaq.

Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, yüzlərlə şirkət Qarabağın dirçəlişi kimi mühüm bir dəyər ətrafında birləşmək, bu istiqamətdə görülən işlərə dəstək olmaq məqsədilə birlik nümayiş etdirərək könüllülük prinsipi əsasında QDF-yə ianə edib.

Siz də ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilərsiniz. (AZƏRTAC)

Oxşar xəbərlər