22.06.2025, 22:00
AZ EN
27.12.2023, 13:23 368

İşğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı ilə bağlı xəritə işlənib

QARABAĞ
  • İşğaldan azad olunmuş ərazilərin daimi və dayanıqlı elektrik enerjisi təchizatı ilə bağlı enerji xəritəsi işlənib. 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası həmin enerji xəritəsinə daxil olan yarımstansiyalardan biridir.

Bunu “AzərEnerji” Açıq Səhimdar Cəmiyyəti Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov bildirib.

M.Hüseynov “Ağdam” qovşaq yarımstansiyasının əhəmiyyətindən danışaraq deyib: “Ağdam şəhərinin bir hissəsinin, ətraf kəndlərin, yaxınlıqda yerləşən Əsgəran, Xocalı, Xocavənd və Ağdərənin elektrik enerjisi ilə təchizatında bu yarımstansiyanın çox böyük əhəmiyyəti var. Yarımstansiyada 2 ədəd 40 meqavolt amper gücündə transformatorlar çalışır. 35-10 kilovolt qapalı paylayıcı və 110 kilovoltluq açıq paylayıcı qurğulardan ibarətdir. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti çəkilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və “AzərEnerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb”. (AZƏRTAC)

Oxşar xəbərlər