İşğaldan azad edilmiş ərazilərdə ötən həftə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.
APA-nın xəbərinə görə, martın 7-dən 12-ədək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 7 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 82 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.