22.06.2025, 15:51
AZ EN
16.10.2023, 10:48 499

Baba Rzayev: “Azərenerji" Qarabağ və Şərqi Zəngəzurda 12 yarımstansiya istismara verib”

QARABAĞ
  • Bu günə kimi "Azərenerji" ASC Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikərək istismara verib.

Bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, 700 kilometrdən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 % enerji çatdırılıb: “Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub”.

B. Rzayev qeyd edib ki, bu il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib: “Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycan işığı yanır. Hazırda "Azərenerji" tərəfindən sözügedən ərazilərdəki elektrik stansiyaları və yarımstansiyalarda təmir-bərpa işləri həyata keçirilir”. (Report)

Oxşar xəbərlər