03.02.2026, 05:00
AZ EN
02.02.2026, 20:25 109

Azərbaycanın Mərakeşdəki səfiri bu ölkənin iqtisadiyyat və maliyyə naziri ilə görüşüb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Mərakeş Krallığının iqtisadiyyat və maliyyə naziri Nadia Fəttah Alaui ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan ilə Mərakeş arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər iqtisadi-ticarət, həmçinin turizm sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları, eləcə də beynəlxalq və regional iqtisadi platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb və bu xüsusda, 2018-ci ildə imazalanan "Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın icrası, həmçinin "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş layihəsinin tamamlanaraq imzalanması məsələləri müzakirə edilib.

Söhbət zamanı iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin və birgə layihələrin əhəmiyyəti də qeyd olunub. Səfir N.Səmədov cari ilin iyun ayında Bakı şəhərində İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar nazir N.Fəttah Alauini ölkəmizə səfər etmiş dəvət edib və səfər çərçivəsində həm ikitərəfli görüşlərin, həm də iki ölkə arasında sazişlərin imzalana biləcəyini vurğulayıb. Nazir dəvəti qəbul edib. (Report)

Oxşar xəbərlər