18.03.2026, 19:10
AZ EN
18.03.2026, 17:18 227

Qafqaz Albaniyasının Ağoğlan abidəsi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qarabağ və Şərqi Zəngəzur torpaqlarında çox sayda mədəni irsimizə aid tarixi abidələr mövcuddur. Onlardan biridi də 30 ildən artıq işğal altında qalaraq vəhşi düşmən tərəfindən dağıdılmış Ağoğlan monastrıdır.

Ağoğlan monastrı Laçın rayonunun Kosalar kəndi ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Alban Apostol Kilsəsinin önəmli mərkəzlərindən biri hesab olunan monastr V-VI əsrlərə aid qədim alban bazilikasıdır. Qafqaz Albaniyasının mədəni irsinə aid olan bu abidə, IX əsrdə yenidən qurulmuş və zamanla bərpa edilərək monastır kompleksinə çevrilmiş, həmçinin "Qaranquş qəsri" adı ilə də tanınıb. Əfsanəyə görə, monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilib. “Ağoğlan” yaxınlıqdan keçən kiçik dağ çayının adı ilə əlaqəlindirilir. Xristian inancına görə isə monastrda müqəddəs Georginin relikviyası saxlanılıb. Tatev yepiskopluğuna tabe olmuş monastr XIII əsr tarixçiləri Stepannos Orbeli və XVII əsr tarixçisi Tovma Vanandetsi tərəfindən böyük dini mərkəz kimi istifadə olunub. Monastr tarixi mənbələrdə ilk dəfə IX əsr hadisələri ilə əlaqəli xatırlanır.

1992-2020-ci illərdə Ermənistan ordusunun işğalı altında qalan abidənin divarlarında xaç çəkilərək özünküləşdirilməyə cəhd edilib. Xain və qəsbkar qonşumuz dünya mediasında Ağoğlan monastrını erməni abidəsi kimi tanıtmağa çalışıb. 1 dekabr 2020-ci ildə Laçın rayonunun işğaldan azad edilməsi ilə kompleks Azərbaycanın nəzarətinə qaytarılıb. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə respublika əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına alınıb. Ağoğlan monastrı da işğaldan azad edilmiş ərazilərdə olan bütün mədəni-tarixi abidlərimiz kimi yenidən bərpa olunaraq tarixi görkəminə qaytarılır.

Röya SALMANQIZI

 

Oxşar xəbərlər