Xocalı abidələri içərisində kurqanlar xüsusi yer tutur. Kurqan qruplarına İ.Meşşaninovun tipoloji əlamətləri nəzərə alınmaqla haqlı olaraq doğru adlandırdığı "böyük kurqan çölündə" və Qarqarçayın sol sahilindəki "daşlı çöldə" daha çox təsadüf edilir. "Böyük kurqan çölü" qrupu qərbdə iki böyük menqir və labirintvari daş hasarla qonşuluqda yerləşən möhtəşəm Haça təpə kurqanı ilə məhdudlaşır. Kiçik kurqanlar qrupu əksər halda Xocalı çayının sol sahilində, ona tökülən İlisu çayının sahilində yerləşmişdir. Daş qutulara qeyd olunan sahələrin hər üçündə, habelə Xocalı kəndindən şimalda, boz dağın ətəyində təsadüf edilmişdir.
İsa Musayev