22.11.2024, 02:50
AZ EN
01.09.2023, 11:05 250

Füzuli rayonu, Şəkərcik kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Füzuli rayonunun Şəkərcik kəndi rayon mərkəzindən 2 km məsafədə, şimal-şərqdə, düzənlik sahədə yerləşir. 1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir. Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır. Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub.  XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri ondan pul ilə alıbdır. Yaşayış məntəqəsinin əhalisi əsasən Hacılı camaatından ibarət olmuşdur. Bəzi mənbələrdə bu ərazinin adına Qaraköpək formasında da rast gəlinir. Kənddə klub, kitabxana, məktəb, uşaq bağçası və s. fəaliyyət göstərmişdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və heyvandarlıq olmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR