01.07.2025, 21:56
AZ EN
01.03.2023, 16:30 309

Samvel hamını asacaq

YAZILAR

Qarabağdakı separatçı rejimin silahlı bandasının vaxtilə başçısı olmuş Samvel Babayan tamamilə düz deyir ki, kimə nə kim hara gedir, niyə gedir, harda gecələyir. Amma onu deməyib ki, bəs özü Qarabağa yenə niyə gəlib, necə gəlib, kimlə gəlib? Bax, elə cida çuvalı burdaca deşib və o başlayıb deməyə ki, özü də, toysuz aldığı arvadı da sovetin o vaxtından indiyədək Qarabağda qeydiyyatdadır, atasından-anasından qalma evi də var. Gəlib ki, görsün evi uçurub, ya da satmayıblar ki. Deyir ki, indiki banda başçılarına nə var - evi dağıdıb sonra akt yazacaqlar ki, türklər topla vurub, get Avropa məhkəməsinə ərizə yaz. Samvel öz keçəl başına and içir ki, mən ayağımı Qarabağa qoyan kimi hamı elə bilir ki, vəzifə almağa gəlmişəm, Araik də inanır və başlayır haqqımda arvad qeybəti eləməyə. O dəfə də katibəsinə deyib ki, Bakı ilə danışığa Samvel getmək istəyir, özüm danışacam və nöqtə.

İndi Samvel daha da coşub. "Lurer.com"da "Hamını məsuliyyətə cəlb edəcəm, amma söz verirəm ki, Bakıya təhvil verməyəcəm" başlıqlı bir məqalə yerləşdirtdirib. Yazır ki, o ki belə oldu, Araiki yıxıb yerinə özüm keçəcəm. Özü də bizim Hafiz Hacıyevdən oğurladığı bir məşhur sözü işlədib: "qırajam, bu Araikin adamlarının hamısını qırajam"

Hafiz müəllim eşitsə ki, sözünü hay oğurlayıb yəqin deyəcək ki, öldürəjəm, güllələyəjəm o hay – köpəyə tay qulduru.

Nəsib

Oxşar xəbərlər