01.07.2025, 22:03
AZ EN
07.03.2023, 13:40 271

Sabiq vitse-spiker də türkcə söyür

YAZILAR

Ermənistan parlamentinin sabiq sədr müavini Eduard bu gün yenə başından böyük qələtlər edib. İt tayadan düşməmiş qaçıb Armine Ohanyanın yanına, onu 8 martla bağlı təbrik elədikdən sonra qarasaçını tumarlayıb yalvarıb ki, Paşinyan haqqında yeni xəbərlər gətirmişəm, saytında yaysan, sabah sənə bir qonaqlıq verəcəm, özü də Göyçənin qızıl balığı da olacaq. Armine də razılaşıb. Edo deyib ki, bəs Paşinyan hələ 2020-ci ildə azərbaycanlılara deyib ki, mən müharibə başlayacam, dəqiq bilirəm ki, uduzan tərəf də özüm olacam, onda bütün rayonları azad edib mənə sağ ol deyərsiniz.

İndi Nikol arabir "arsax" deyərək gözdən pərdə asır, amma bir könüldən min könülə razıdır ki, Qarabağdakı hayların hamısı Azərbaycana inteqrasiya olsun.

Sonra da deyib ki, elə ki Azərbaycan əsgəri Xankəndiyə girdi Nikol Bakıya qaçıb orada vətəndaş olacaq. İstəyirəm onun yerinə keçim, amma yeznən Alendən çəkinirəm, qızına de onun başına ağıl qoysun, yoxsa Çəmbərəkdəki qohumlarını ordan üzü Gədəbəyə qovduraram.

Armine heç nə deməyib, əli ilə bir "bravo" işarəsi verdikdən sonra otaqdan çıxıb. Eduard bir az gözlədikdən sonra ona türkcə bir söyüş ünvanlayıb. Armine deyib bax, Nikol da hirslənəndə elə türkcə mızıldanır.

Nəsib

Oxşar xəbərlər