Bəs, bu Sümbül, hayca Hasmik nə yazıbmış ki, baş redaktorunun həm acığına, həm də xoşuna gəlib. Elə baxanda heç nə, yəni yazıb ki, Nikol Paşinyan "otpuskada" hara gedibsə Annası ilə gedib, Annası ilə velosiped sürüb, Annası ilə toy olan yerə çatanda isə deyib ki, düşək bir az oynayaq. Oynayıb da, toydakılarla bir "rumka" içib də. Hasmik isə məqaləsində vay-şivən qoparır ki, bəs o baş nazirdir, niyə özünü çoban kimi aparır. Ən çox da ondan qorxur ki, bir azdan Nikolla Annasının oynadığı yer türklərin əlinə keçəcək və onların oynadıqları yerdə Röyayla Rəqsanə bir-iki mahnı oxuyub hərəsinə səkkiz min manat qonorar alacaqdır. Erməni ki erməni, başqa xəstəlikləri bir yana, başqasının şənliyinə ağlamaq, pulunu saymaq xəstəliyindən də sağala bilmirlər. Nəysə özləri bilərlər: sağalsınlar, ya yox. Amma gərək dillərini dinc qoysunlar, yoxsa bizim əsgərlər onlara elə toy tutarlar ki, ötən il sentyabrın 19-dakı bir günlük toy bu toyun yanında lap toya getməli olar. Onda Hasmik də oynayar, Armine də, özü də Nikolun Annası ilə birlikdə. Bax,onda, dünyada hamı deyər ki, oyna, gülüm, oyna.
Nəsib