21.11.2024, 12:49
AZ EN
05.07.2024, 15:56 283

Senator haylara əriştə kəsir

YAZILAR
  • Atalar deyəndə ki, özünə umac ova bilmir, başqasına əriştə kəsir, bəlkə də analar deyib ki, əhsən sənə, a kişi, ağzından qızıl tökülür. İndi dünyada dinindən, dilindən asılı olmayaraq elə adamlar var ki, özünə umac ova bilməsə də, başqasına əriştə nədir, lap elə makaron kəsmək istəyir.

Amerikalı senator da belələrindən biri olmaq istəyir. Hayların "Hraparak" agentliyinin saqqallı müxbiri Karen Martirosyan bu gün sevincək yazıb ki, ay haylar, hər şey hayca olacaq, axı senator Rocer Uiker parlamentdə çıxış edib, düşmənimiz olan ölkəyə müraciətlə deyib ki, ay dostlar nəbadə Rusiya ilə əməkdaşlıq edəsiniz, ha, yoxsa qərb də, hay da inciyər. Sonra da hay parlamentinin sədri, yəni həmin bu Karenin qarasaçlı, qaragözlü baş redaktoru Arminenin qızının həyat yoldaşı Alen Simonyan çıxış edib və əriştə kəsənə deyib ki, tezliklə Ermənistanın Rusiyadakı səfiri dəyişdiriləcək və o, hayların maraqlarının əsl daşıyıcısı olacaq.

Həmin səfir kim olacaq, bax onu deməyib, amma deyib ki, Azərbaycanın Rusiyadakı səfiri 20 ilə yaxındır ki, Polad Bülbüloğludur. Bax, burda da o haylığını bildirib. Ona deyən gərək ki, ay hay bax sənə nə dəxli var kim harda neçə ildir işləyir. Elə biləndərsənsə əriştənizi niyə gah İranın, gah Fransanın, indi də Amerikanın "biləndəri" kəsir? Amma demirsən, axı harda görürsən ki, deyəsən.

Nəsib

Oxşar xəbərlər