21.11.2024, 22:49
AZ EN
03.02.2023, 14:11 341

Araik bandası üçün otel tikir

YAZILAR

Kristine adında bir erməni jurnalist elə bu gün terror başçısı Araik Harutyunyanı söyüş yağışında ağ yuyub qara sərib. İnsafən, o gödək qarasaçlı cavan qadına frənglərdən alınma bir erməni "mersisi", yəni sağ olu düşür. Ona görə ki, bandit Aronun bilmədiyimiz çox gizli işlərini, bizim Tahirə demiş, tədqiqat zamanı tapıb və dərhal da həm FB-da, həm hansı informasiya agentliyində rəfiqəsi, tanış-bilişi varsa  onlara ötürüb ki, yaysınlar, yayan da olub, bəlkə də, Arodan nəsə qoparmaq üçün yaymayan da. Gödək saçlı Kristina həmin paylaşımlarda öz səsi ilə, özü də arabir jarqonla deyir ki, Aro nikahdankənar doğulub, anası şuşalı ticarətçi ilə himcimləşirmiş, gözünün zəifliyi və çənəsi məhz həmin Türkə çəkib. Elə həmin şuşalı ticarətçinin “qonararından” əlinə maya düşən anası tez alverə girişib, pulu çoxaldıqca ağdamlıdan Nikolay qızılı alıb gizlədib. Aro böyüyəndən sonra isə İranla biznesə girişib, əvvəlcə narkobaron, sonra pul “seçkidə” pul paylayıb terrobaron olub.

Həmin gödəksaçlı qadın deyir ki, Aronun vətəni, dini, milli mənsubiyyəti dollardır. O İrəvandakı yekə dükanlarının sırasına bu yaxınlarda maşın dükanı da əlavə edib. Bir neçə yerdə villaları olan bu "türkdən əmələ gələn baran "indi İrəvanda çox mərtəbəli otel tikdirir ki, Xankəndi haysızlaşanda öz bandası qaçıb burada kirayədə qalsın. Öz aramızdır, Aro otel tikdirmək düz edir. Axı, İrəvandakı haylar türkdən əmələ gələn hayları kirayəyə götürməyə risk etmirlər.

Birdəki, Kristina deyirsə ki, Aronun beyninin yarısı işləmir, adamın inanmağı gəlmir. Çünki yarımçıq beyinlə baron, ya milyonçu olmaq yalnız yuxuda ola bilər.

Nəsib

Oxşar xəbərlər