21.11.2024, 15:52
AZ EN
18.01.2024, 14:25 287

Ermənilərin başını batıracaqlar

YAZILAR
  • Bilmirəm, bu Fransanın işi başına qəhətdir ki, həftədə bir dəfə deputat deyilən haybaşları yığışıb başlarına döyə-döyə bir kağızın üzərinə yazırlar ki, bəs, deməzsənmi Azərbaycan Qarabağdan hayları iti qovan kimi qovublar.

Bu ayın 17-də də belə olub, bir xeyli mələşdikdən sonra bir bozarmış kağızın üstündə yazıblar ki, hayları it kimi qovduğuna görə Azərbaycana sanksiya tətbiq edilsin və sonra haylar öz pəyələrinə qayıtsınlar. Onlara deyiləndə ki, ay gədələr, belə şey olmayıb, haylara neçə dildə deyilib ki, oturun yerinizdə, öz itimizsiniz, yalınızı, suyunuzu da veririk. Hayda ki haydı, qanan olsa idi nə vardıki! Yoxsa özləri özləri haqqında heç deyərdimi ki,  vordeğ hay, ayndeğ vay, yəni harda hay, orda vay.

Öz aramızdır, indi Şuşada hay olmadığına görə gündə vay yox, çal-çağır olur. Amma haylar vaylara alışqan olduqlarına görə bu çal-çağırdan lap dəli olurlar, vay-şivənlə Avropanın qapılarını elə döyürlər ki, qapı az qalır cəftədən çıxsın. İndi deyirlər ki, Fransada çox qapılar çoxdan xarab olduğuna görə haybaş deputatların təkcə başı yox, həm də hayların yedirtdiyi caşı, yəni xörəyi xarab olub. Bir sözlə, hamı makarona, yox e, Makrona oxşayıb haybaş olub.

Bax, bu Fransanın haybaşlıq edib kağıza yazdığı embarqo ifadəsi hətta Bakıda təcridxanada çay içən hayların acığına gəlib. Deyiblər ki, fransızlar, ruslar bizi o qədər fitlədilər ki, axırda zəncirlənib Bakıya gəldik. Hələ Robo ilə Serj də gələcək, ikisi də Azərbaycanca yaxşı bilir, çox şey danışacaqlar. Ümumiyyətlə ilə isə belə getsə, Fransadakı haybaşlar Ermənistanın başını biryolluq batıracaqlar...

Nəsib

Oxşar xəbərlər