Ermənilər deyəndə ki, biz hamıdan qədim, ixtiraçı və ağıllıyıq adamı gülmək tutur. Amma ötən həftə Nikolun başçılığı ilə hökumətin növbəti iclası olanda hayların ixtiraçı olması təsdiqləndi. İclasda ordan-burdan danışılandan sonra biri deyib ki, iki il əvvəl azərbaycanlılar gənclərimizi o dünyaya yola saldığına görə qızlar evdə qarıyıb qalıb, alan yoxdu ki, bəlkə, yeni aşotlar doğula. Doğulan uşaqların çoxu isə qızlardır, özləri də heç sağlam deyillər, belə getsə hayastan haysız qalıb tarixi Qərbi Azərbaycan olaraq Azərbaycanın bır iqtisadi bölgəsinə çevriləcək. Haylar xeyli çək-çevir etdikdən sonra biri "qtel em, qtel em"( tapdım, tapdım) deyə qışqırıb. Nikol deyəndə ki, ay dığa nə tapmısan, desənə bilək. Həmin hay deyib ki, əri olmayan qadınların və ərə getməmiş qızların sayəsində milləti çoxalda bilərik və xeyli danışıb. İclasdakılar onun ağlına "bravo" deyib və bir qərar qəbul olunub ki, əri ölən, yaxud boşanan qadınlar, həmçinim ərə getməyən qızlar süni mayalanma və istədiyi kişi ilə "görüş" nəticəsində dünyaya uşaq gətirərsə, bu normal qarşılanmalı və hökumət tərəfindən mükafatlandırılmalıdır. Hamı sevincək olub ki, belə milli kəşf ediblər. Düzdür, bəzi haylar deyirlər ki, süni mayalanma olsun, amma o biri yox.
İrəvanda 15 il yaşamış bir nəfər soydaşımız isə bu mövzuda olan müzakirələrin birində yazıb ki, ay haylar, siz dalaşmayın, bu məsələni də biz həll edərik, 35 il əvvəl olduğu kimi. Sonra da 2012-ci ildə zeynəbçi qadınlarla hayların siğə olunmasına icazə fətvası verən Xamneyninin canına and içib ki, hay qadınların türklərdən ötrü "sinoy" getdiyini öz həyatında lap çox görüb, amma o qadınlar gərək qoymapdılar müharibə ola. Axı, müharibədən ən çox ziyana düşən elə həmin qadınlar oldular.
Həmin iclasda hayların səhiyyə nazirinin təklifi ilə belə bir qərar da qəbul olunub ki, yeni doğulmuş uşağın cinsi barədə qrafada "oğlan", "qız" sözləri ilə yanaşı "müəyyən edilməyib" əlavəsi edilsin. Haylar bunu belə edirlər ki, bəzi uşaqlar doğularkən çox zəif və cinsi qeyri-müəyyən olurlar.
Bax, bu yerdə hayların bir məsəli yada düşür: nə oğlandı, nə qız, haydır, hay.
Nəsib