21.11.2024, 20:51
AZ EN
17.04.2024, 11:06 300

Oğru elə danışır ki,..

YAZILAR
  • Türk qardaşlarımız demiş, bu frənglər var ya, elə bil hayların ata bir, ana bir bacılarıdır. Onların başçısı Makron isə özünü elə aparır ki, elə bil 100 faiz separatçı haydır. Elə ki, bir tədbir olur, Azərbaycanın əleyhinə elə şeylər danışır ki, ruslar demiş, srazu adamın yadına oğru elə danışır ki... məsəli düşür. Hayların "Hraparak " media şirkətlər qrupunun bu günkü yayımında da bu açıq-aydın görünür. Haylar da çırtıq vurub oynayırlar ki, bəs, deməzsənmi, Makron Fransanın Azərbaycandakı səfiri  Ann Buayona deyib ki, tez bilet alıb Parisə uç, sənə yeni təlimat verək. Sonra geri qayıt və dediyimizi elə.

"Hraparak" özündən böyük bir yalan da yazıb ki, guya Fransa həm Azərbaycanı, həm də Ermənistanı eyni dərəcədə dəstəkləyir və istəyir ki, hayların başına bir də yumruq dəyməsin, yoxsa olan-qalan ağılları da bizim Tahirə xanım demiş, təpələrindən gedər, qalarlar mələyə-mələyə.

Öz aramızdır, bu Fransa bizə də haylar kimi yanaşırsa, sülh istəyirsə, niyə bizə ətir satır, haylara isə ən müasir hücum silahları verir,özü də, deyəsən, pulsuz. Separatçı rejimi də elə dəstəkləyirdi ki, elə bil öz balasıdır. Harda imkan  olursa tez Azərbaycanın əleyhinə elə danışır ki, elə bil Dərviş Məstəlişah Parisi, doğrudan, partladıb qara günə salıb. İndi də səfirini çağırıb ona yeni dərs keçən Makron bir az tarixi oxusa pis olmazdı. Axı, vaxtilə Fransanı almanların qamçısının altından məhz türklər alıb, yoxsa indi elə bir ölkə olmazdı.

Nəsib

Oxşar xəbərlər