Bu Robik özü Qarabağda çox cinayət törədib və bununla öyünüb də. İndi deyir ki, Qarabağdan köçən ermənilərə Azərbaycan 8-10 milyard dollar "ziyan vurub". Həm onları geri qaytarıb yerləşdirməli, həm də “ziyanı” ödəməlidir. "7 oğul istərəm"dəki Mirpaşa demiş: ay səni öləsən. Bu dığa səylədikcə müxalifətdən yenicə iqtidara keçmiş bir hay jurnalist bağırıb deyib ki, yaxşı qulaq asın, sonra soruşaq görək ağves, yəni tülkü yuvasından niyə indi çıxıb? Hamı qalıb mat-mut. Qabaqda oturmuş bir hayuhi, yəni hay qadın isə deyib ki, Moskvadan yuvandan çıxıb deyiblər, bu isə çıxıb. Azərbaycan vurulmuş təyyarəsinə görə kompensasiya istəməsə idi, Robik belə deməzdi.
Hə bax, burdan bəlli oldu ki, Robik niyə m/k, yəni mətbuat konfransı keçirib. Ayı ağasının üzünə ağ olmaq tülküyə yaraşmaz, axı.
Nəsib