Hayların özlərinə bənzəyən hay-küylü mətbuatı dünən sevincək xəbərlər yaydı ki, bəs, deməzsənmi Yunanıstanın xarici işlər naziri İrəvana gəlib, Ararat Mirzoyanla görüşdükdən sonra birgə mətbuat konfransı olub. İkisi də hay-yunan dostluğundan o qədər danışıb ki, boğazları az qalıb tutulsun. Bunu eşidən Nikol tez zəng edib deyib ki, ara Ara, tez o yunanıstanlını yanıma gətir, istəyirəm əriştə kəsim, amma heç umac da ova bilmirəm. Ara da onu aparıb düz Nikolun yanına və bu dəfə 3 nəfər birlikdə əriştə kəsməyin yolunu tapmaq üçün dəridən, qabıqdan çıxıblar. Yunan nazir birdən qışqırıb ki, ara Nikol, tapdım. Sonra da ora-bura baxa-baxa deyib ki, gedən kimi dünyanın lap yekə təşkilatlarına və YUNESKO-ya öz əlifbamızla, öz sözlərinizə məktub yazacam ki, İrəvanda oldum, orda Qarabağdan şələ-şüləsini götürüb gətirməyən, eləcə özünü gətirən çoxlu hay var. Xüsusi qərargah yaradıb onlara əriştə kəsib paylayaq. Həm də haysevdalı din xadimlərindən ibarət bir faktaraşdırıcı missiya yaradıb Qarabağa yollayaq ki, ordakı kilsələrə baxsınlar, istəsələr lap bir dua da oxusunlar. Sonra da gəlib desinlər ki, orada haylar tikən kilsə yoxdur, biz də Azərbaycana qarşı bir neçə maddə ilə ittiham irəli sürək, Fransa isə hakim olsun.
Nikol da, Ara da yunan nazirə "bravo, mersi" dedikdən sonra bərabər restorana gediblər. Bir-birlərini tərifləyərək o qədər vurublar ki, ofisanta nə qədər verdiklərini indi də xatırlamırlar. Amma deyirlər ki, hay əriştəsini fransızlar yunanlardan daha yaxşı kəsirlər. 1915-ci ildə də belə olub.
N.Qaramanlı