08.09.2024, 06:02
AZ EN
05.02.2024, 16:51 286

Hayların Sevinci və Sevincin hayları sevinməyəcək

YAZILAR

Bu hayların genində nə varsa, düzü əyri, əyrini isə lap əyri, məsələn, dəvənin boynu kimi görürlər. O dəfə Osmanqızı TV-də adı Sevinc olan bir qadının dediklərini təsadüfən dinlədim. Dedim görüm bu dəfə nə üyüdür. Sevinc gözlərini ora-bura əyə-əyə, göyçəlilər demiş, cığıldaya- cığıldaya deyirdi ki, Azərbaycanın Zəngəzurdan Naxçıvana dəhliz açmaq fikri Hayastan adlı dövlətciyəzə ərazi iddiası irəli sürmək deməkdir. Bir istədim ona hayca bir-iki söz deyəm ki, ağlı, bəlkə, başına gələ. Amma demədim, çünkü bilirəm ki, bu qadının başı başa düşən başlardan deyil. O, ermənilərə o qədər bağlanıb ki, bir söz desən Fransa senatına, BMT-yə və s. məktub yazıb nəsə istəyəcək. Həmin bu adı Sevinc olan qadın ermənilərin əsl sevinc quyusudur. Ermənilər həmin quyudan yalanları, böhtanları götürüb bizə tərəf atır, amma yapışmır və yapışmaz da! Ermənilərin də yalan quyusu var, özü də lap yekə. Sevinc də o quyudan yararlanır. İndi də hər ikisi deyir ki, guya Azərbaycanda pensiyaları ona görə artırdılar ki, camaat seçkiyə gəlsin. Bax burda adam az qalır lap cin atına minib gedib Sevinci tapıb desin ki, yenə göyçəlilər demiş, ay cığcığ, qohumların da bilir ki, bizdə pensiya hər ilin yanvarından artır. Ruslar demiş, pri çyom tut secki, ya da elə öz Məşədi İbadımız demiş, heç hənanın yeridir?

Nəysə, həmin bu Sevincin yalanlarındann sevincək olan haylar da Vazgenin goruna and içib "Hraparak"ın bugünkü sayında deyirlər ki, pensiya seçkiyə görə artıb. Sevincə də bir "demokrat barevi" atıblar ki, bəlkə, tutub sevinə. Nə deyirik, qoy beləcə bir -birlərini dəstəkləsinlər, amma bu fakt heç vaxt təkzibolunmazdır ki, hayların Sevinci və Sevincin hayları heç vaxt sevinməyəcəklər, bizim Tahirə xanım isə onların təpəsinə həmişə bir ətək kül ələyib deyəcək ki, canınız belə çıxacaq, ay külbaşlar!

Nəsib Qaramanlı

Oxşar xəbərlər