Türk qardaşlar demiş, bu haylar var ya çox kötüdülər, nə qədər deyirsən de, adam kimi qanmaqları olmayıb və deyəsən, heç olmayacaq da. Bu haylar eyni qapını gündə bir neçə dəfə döyüb sızlaya-sızlaya qoymayın bizi türklər qırıb qurtardı deməkdən yorulmur ki, yorulmur. Bax indi onlara bacıları Fransa ilə İl(r)an da qoşulub. İlan, yox e İran harda hay görsə Xamneyninin əmmaməli başına and içib deyir ki, bax biz də hayıq, elə sizə tayıq. Yoxsa sizi bu qədər çox istəməzdik. Sizin şiəniz, yox e, tərəfdarınız olmasa idik heç Azərbaycana qarşı çıxardıqmı? Əlbəttə yox. Amma siz haylardan küsə bilərik, niyəsini özünüz bilirsiniz: o frənglər bizim o boyda ali dini rəhbərimiz Xamneynini karikaturaya salıb dünyaya göstərir, amma siz ağzınıza su alıb durubsunuz, demirsiniz ki, ay bizim ağıl verən bacımız, axı İran da bizdən ötrü sinoy gedəndir, sizin birinizdir, onunla işiniz olmasın.
Haylarsa xeyli fikirləşib birdən qışqırıblar ki, biz bacıların işinə qarışmırıq, kim hara gedir, kimə nə verir, kimdən nə alır özləri bilər, təcrübəsiz ha deyillər, frənglər xaçlılara, farslar islama əxlaq dərsi keçib dünyada lap yekə başbilən olublar.
Amma gərək bu din deyilən işdə də yekdil olsunlar ki, həm hayların işi xod getsin, həm də bacılarının!
Nəsib