21.11.2024, 15:09
AZ EN
10.01.2024, 14:50 348

Düşmən ocaq başında

YAZILAR

O gün Ermənistan mətbuatında Hafiz Hacıyevin daha çox söydüyü və Kərimov Əli düşməndir dediyi adam haqqında bir yazı ilə rastlaşdım. Deyə bilərsiniz ki, nə olsun, erməni yaxşı şey yazmaz ki, yəqin Kərimov  Əlinin əleyhinə nəsə pis bir şey yazıb. Amma elə deyil. Qarabağ ermənisiz qalandan sonra ermənilərin gözyaşları qurumadığı kimi Əlinin, Osmanqızı Sevincin, bir ayağı bu dünyadakı, o biri ayağı o dünyadakı cəhənnəmdə olan Beytulla Manafın da göz yaşları qurumur. Bizim Tahirə xanım demiş, indi Bakıda təcridxanada çay içən Ruben Vartanyanın, qərbdəki hayların və onların bacılarının verdikləri dollarları yad etdikcə,  içləri yandıqca təpələrinə kül ələnən bax bu adı və özü azərbaycanlı, əqidəsi  haylar ölkəmizin əleyhinə elə sərsəmləyir ki, bəzi haylar bunların yanında lap fransız toyuna getməlidir. Ermənistan mətbuatı isə bu ikiataqlıların böhranlı sözlərinin ucundan tutub lap ucuzluğa gedirlər. Sonra da Vazgenlə Balayanın çürümüş gorlarına and içib, xaç çəkib deyirlər ki, düşmənimiz Azərbaycanda Kərimov Əli, Osmanqızı Seva, Beytula Manaf həqiqi demokratdırlar. Xalq isə onları siriqa, davacan adlandırır. Bir xeyli düşündüm ki, görəsən, bu iki söz nə deməkdir. Axırda internetdə tapdım və bildim ki, siriqa əclaf, davacan isə satqın deməkdir.

Nəsib

Oxşar xəbərlər