Hayların baş naziri Nikolun anasını yox, sevimlisi Annasını söyənlərin sayı durmadan artır. Kim niyə, necə söyür, özü bilər, amma hay mətbuatı bunu niyə aləmə car çəkir onu demirlər. Erməni spiker Alen Simonyanın qaynanası Armine Ohanyanın rəhbəri olduğu media qrupunun saytlarında bunu daha çox görmək olur. Bu gün bir qadın Nikolu da, Annasını da quru yuyub, yaş sərib ki, iki azyaşlı uşağı ilə küçədə qalıb, 4 aylıq uşağı cəmi 3 gün əvvəl xəstəxanadan evə buraxılıb, di gəl ki, evinə buraxmırlar, deyirlər bu bina daha sizlik deyil, komitə hərraca çıxarıb satacaq, puluna isə silah alıb Qarabağdakı haylara ötürəcək. Cavan qadın and içib ki, mən vaxtilə Anna Hakopyanla bir yerdə işləmişəm, "obedi" bir yerdə edirdik, Nikol 8 martda bizi neçə dəfə kafeyə aparıb qonaqlıq verib. Bilsə ki, küçəyə atılmışam sizi ocağa atar.Polis nə desə yaxşıdır? Bu binanı elə Nikol boşaltdırıb, özü də Annasının göstərişi ilə. Qadın deyib ki, gedib Azərbaycan vətəndaşı olacam, baxarsınız.
Ona deyiblər ki, buyur get, yol açıqdır.
Həmin qadın gələcək, ya gəlməyəcək, bilinmir, amma o Anna haqda ermənicə üç hərfli bir söz deyib, etika xətrinə yazmırıq, yoxsa haylar BMT-yə şikayət edər ki, türklər baş nazirin Annasına söyüb.
Nəsib