25.04.2024, 09:28
AZ EN
28.04.2023, 12:52 215

Ot kökü üstə bitər

YAZILAR
  • Atalar belə deyib, amma rəhmətliklər gərək bitər əvəzinə bitir deyə idilər, çünki onda lap möhürlənmiş olardı.

Amma bir vaxtlar Polyaniçkp deyilən bir moskalın əli ilə xalq hərəkatına dürdüşdürülən İsa Qəmbərov 1989-cu ilin yayında o vaxtkı Lenin, indiki Azadlıq meydanının kürsüsündən deyəndə ki, oğlu olub, hamı alqışladı, yanımdakı tələbə yoldaşım isə dedi ki, yekələndə İsa olacaq, da bə. Düzü, xoşum gəlmədi o sözdən.

Amma elə ki, ermənilərin mətbuatı yazdı ki, bəs, sən demə, bu 10 aylıq spiker İsa Qəmbərin oğlu İlkin hay tarixini Paşinyandan yaxşı bildiyini çəkdiyi filmlə sübut edib, dedim ki, doğrudan da ot kökü üstə bitər deyənlər haqlı imiş.

Yəni, həmin alaq otu İlkinə millətə rəhbərlik etmək iddiasında olan, Etibar Məmmədovun "İsa, sənin əllərin qana batıb", - deyə istefasını tələb etdiyi İsa Qəmbərov, bir də arvadı gərək azca da olsa yaxşı nəsə öyrədə idilər.

Amma Hafiz Hacıyev demiş, bu Qəmbərov isə İlkini elə cücərməmiş alaq otu edib atıb ermənilərin bostanına ki, yaxşı baxsınlar, böyüdüb "əsil ziyalı" eləsinlər.

İndi haylar fikirləşirlər ki, İlkinə Azərbaycanda olan kinə qarşı bir komitə də düzəltsinlər, adını da qoysunlar "Həqiqətin carçısı".

İsa da bu xəbərdən elə sevinib ki, gözündən palçığa düşən eynəyini yenidən yerinə qoyub irişə-irişə deyib ki, mersi, dğas (yəni sağ ol, oğlum).

Bir sual isə hələ də cavabsız qalıb: İsa atası Yunusun doğulduğu Füzulini azad edən şəhidin atasının, Aida isə şəhidin anasının üzünə necə baxır?

Amma ermənilərin "Lurer.com"u onların ikisini də yaman tərifləyib, belə getsə, İlkin də, ata-anası da Hayastanın fəxri vətəndaşı olub, Monte Melkonyan medalı da alacaqlar.

Nəsib

Oxşar xəbərlər