01.07.2025, 15:20
AZ EN
01.03.2024, 15:00 379

Haylar müğənnini "qəhrəman" ediblər

YAZILAR
  • Bizim yanıqpəyəlilər demiş, nə görünməmiş iş varsa, elə bu haylardan çıxır. Deyəcəksiniz haylar indi nə qələt ediblər? Mən deyim, siz özünüz dəyər verin: Hayların "Hraparak", yəni "Meydan" agentliyinin  bu gün yaydığı xəbərlərin çoxu reallıqdan bir işıq ili qədər uzaq olsa da iki xəbər lap görməmişlik örnəyidir. Yazırlar ki, Ermənistanın "qanuni oğruları svotka keçiriblər və onlardan biri deyib ki, ay hay vor zakonlar, gəlin indi Bakıda çay içən haylara da "vor v zakone" adı verək. Axı onlar bizdən dəfələrlə çox cinayət törədiblər, daha çox oğurluq ediblər. Biri hə deyib, biri yox, sonra da ara qarışıb və qriqorian məzhəbi itib... Nəysə özləri bilər...

Amma Ermənistanın heykəltəraşları hələ də bir-birini qınamağa, söyməyə, yenə bizim yanıqpəyəlilər demiş, boğuşmağa başlayıblar. Səbəbi də Fransa hayı Şarl Aznavurun 100 illiyi ilə bağlı heykəlinin qoyulması üçün elan olunmuş müsabiqənin yekunlaşması, yəni heykəl üçün təqdim edilmiş 60 eskizdən David Minasyanın işinin bəyənilməsi olub. Nikolun dostu və İrəvanın meri Suren Avinyanın həmin eskizə əsasən Şarl Aznavurun heykəlinin qoyulacağını elan etməsindən sonra onun haqqında elə söyüşlər yağdırırlar ki, ermənicə yaxşı bilən yanıqpəyəli Cabir də məəttəl qalıb.

Həmin o Avinyan deyib ki, ay haylar, Şarl elə-belə müğənni deyil, Robert Koçaryan prezident olanda ona milli qəhrəman adı da verib, Nikol isə o vaxt yazmışdı ki, ara, bu Şarl Aznavur manısdır, mahnı oxuyub pulunu alıb, hansı qəhrəmanlıq edib ki? Amma indi Nikol da onu milli qəhrəman hesab edir. Ağzı nədir etməsin, yoxsa Fransadakı haylar Makrona şikayət edər axı.

Haylar indi heykəli qoymağa babat yer axtarırlar, deyirlər ki, elə yer olsun ki, Makron Nikola yenə "mersi" desin...

Nəsib

Oxşar xəbərlər