21.11.2024, 15:16
AZ EN
02.10.2023, 09:35 190

Katolikos şeytana xidmət etdiyini yenə isbat edir

YAZILAR
  • Kilikiya katolikosu Birinci Aram son vaxtlar din xadimi olduğunu deyil, elə öz ifadəsi ilə desək,  şeytana xidmət etdiyini açıq- aşkar göstərir. O, Uca Tanrının da separatçılardan üz döndərdiyini vurğulayaq deyir ki, guya haylar ilk xristianlardır və onlara qarşı təzyiq etmək bütün xaçlılar üçün qəbuledilməzdir.

Türkiyədə, Azərbaycanda yüz minlərlə müsəlmanı soyqırıma məruz qoyan hayların ünvanına  "qəhrəman" ifadəsini işlədən Aram Xankəndidə separatçıların törətdikləri cinayətlərə də bəraət qazandırmaq üçün dəridən-qabıqdan çıxsa da, elə öz bəzi sətiraltı ifadələri bunu təkzib edir. Din xadımı sülhə, əmin-amanlığa xidmət etməli olduğu halda, o, bir ayağı gorda olsa da, öz qızışdırıcı mövqeyi ilə şeytana xidmət etdiyini göstərir. 
Danılmaz həqiqətdir ki, Azərbaycan öz torpaqlarının işğaldan azad olunması üçün 30 ilə yaxın müxtəlif səviyyələrdə danışıqlar aparıb. Amma Aramın soydaşları daim qeyri- konstruktiv mövqe sərgiləyərək danışıqlar prosesini ya pozub, ya da uzadıblar. Nəhayət, "yeni ərazilər uğrunda yeni müharibə" tezisi ilə yeni müharibəyə başlayıb və məlum olduğu kimi, 44 gün ərzində darmadağın edilərək məğlub olduqları barədə sənədə imza atıblar. Amma həm də belə dini rəhbərlərin "uzaqgörənliyi" dünyadakı, bölgədəki siyasi- hərbi reallığı deyil, qaragüruhluğu əldə rəhbər tutaraq yenidən soydaşlarımızın günahsız qanlarının  tökülməsinə səbəb olub. Azərbaycanın əleyhinə olan müsəlman və xristian "bacıları"nın qızışdırıcı əməllərini az qala Allahın hökmü kimi qəbul edən belə katolikosların xalqın mandatını almış  Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb etməsi də məhz elə, dini terminlə desək, şeytanlıqdır və bu anti-insani xislət indi başqa üslubda təbliğ olunur. Bütün dünyanı, xüsusilə xristian ölkələrini Azərbaycana qarşı  səlib yürüşünə çağıran bu kataolikosun şeytanlıqdan nə vaxt əl çəkəcəyi bəlli olmasa da, bu  reallıq əbədi olacaqdır ki, öz ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycanla bu çür şeytanların dili ilə danışmaq mümkün deyil.
Nəsib QARAMANLI

Oxşar xəbərlər