01.07.2025, 21:37
AZ EN
03.03.2023, 17:13 241

Nikol yeməyə də yalan qatır

YAZILAR

Hayların baş naziri Nikol dünən Annasının əlindən tutub Almaniyaya uçmuşdu. Almanlar onları gülərüzlü qarşılayıb xeyli söhbət ediblər. Nikol ağzını açıb və ürəyində nə qədər yalan vardısa hamısını üyüdüb töküb. Almanların inananı da olub, ürəyində yalançının lap zarbazatına söyən də.

O axşam harda, necə yatıb, bilinmir, amma səhər gözünün şişməsindən aydın olub ki, heç yatmayıb. Azərbaycan və Türkiyə haqqında yeni nağıllar quraşdırıb. Elə ki, günorta olub almanlar fikirləşib "nemesski şot" ediblər ki, ona bir qonaqlıq versinlər. Elə ki, bütün işlər başa çatmaq üzrə olub Nikol yenə başlayıb gəvəzələməyə. Bir alman dözə bilməyib, həm də erməni, alman və rus dilində bildiyini nümayiş etdirmək üçün deyib ki, ara, şvayn, xvatit.

Nikol bir ona, bir də Annasına baxıb deyir ki, bu, deyəsən, elə mənim kimi türkdür.

Nəsib

Oxşar xəbərlər