18.10.2024, 12:22
AZ EN
25.06.2024, 12:47 265

Makronun hayları və hayların vayları

YAZILAR
  • "Hraparak"ın  düz 3 gün əvvəl yazdığına görə atası Azərbaycan dilində 5-  söz əzbərlətdiyi üçün özünü Azərbaycanşünas adlandıran Tatevik adlı erməni qadın yenə ağzını açıb, gözünü yumub elə danışır ki, elə bil bizim Yanıqpəyədə dəlijə adlanan otdan yeyib.

Həmin bu Tato deyir ki, Makron olmasa, türklər İrəvanda çay içərlər, cavan gəlinləri, qızları isə kəniz edərlər. Düzdür, hayların Makronu, Makronun da hayları var. Amma Makronun vayı yoxdur, hayların isə vayları bitib tükənmək bilmir. Bax, bu qaragözlü, qarasaçlı, həm də qaraqəlbli Tato indi də vay-şivən salıb ki, Qarabağdan könüllü köçən hayların mədəni irsi lap Nuha qədər uzanır, amma indi o dağıdılır. Adam istəyir deyə ki, yalançının lap zatına lənət, amma demirsən, çünki Tato tez Makrona SMS atar ki, məni təhqir etdilər. Makrondakı, haylar demiş lap makodur, BMT-də məsələ qaldıracaq ki, yanıqpəyəli kişi hay Tatonu incidir. Di gəl, onlara vaxt ayır, vaxt da lap azdır.

Bax, həmin o Tato həm də deyib ki, yenicə başa çatmış dərs ilində 200-dən çox məktəbdə Azərbaycan dili tədris olunub, növbəti dərs ilində bunun sayını artırmaq lazımdır. Sonra da deyib ki, düşmənə qalib gəlmək üçün onun dilini bilmək lazımdır. Daha bilmir ki, Qarabağdakı hayların və onların separatçı başçılarının əksəriyyəti Azərbaycan dilini yaxşı bilirdi. Axırı nə oldu?

Tato onu da sayıqlayıb ki, Qarabağdan gələn haylar geri qayıdanda onlara müstəqillik verilməlidir. Bax burda deyərlər, ac toyuq yuxuda darı görər.

Nəysə, bu hayların vaylar kəsən deyil...və belə ola həmişə.

Nəsib

Oxşar xəbərlər