Bax bu gün hökumətin iclasını keçirən Nikol da, rus demiş, poçti elə deyib. İclasda Azərbaycan barədə xeyli qiybət edilib, sonra deyiblər ki, bir az da öz dərd-sərimizi danışaq ki, kütlə televizora baxıb sən demə, hələ hökumət var desin və elə bilməsin ki, İrəvan da Xankəndi kimi haysız qalıb. Hayların başçısı Paşinyan çıxışında deyib ki, müxalifət qələt edir bundan sonra Qarabağa "arsax" desəm dilim tutulsun. Axı, bizim buna haqqımız da yoxdu, baxtımız da. Sonra kövrələrək gileylənib ki, deyirsiniz pulumuz yoxdu məktəblər tikək, xəstəxana açaq, yolları asfalt-beton edək və sair. Bizim pulumuz var, amma bəxtimiz yoxdur ki, dediyim bu işləri görək. Bu xəbəri öncə kağıza köçürən, sonra işlədiyi "Hraparak"ın baş redaktoru Armineyə verib yaydıran jurnalist Karen Nikolun "bəxtimiz yoxdur" ifadəsini dəyişib "pulumuz var, ağlımız yoxdur" eləyib. Öz aramızdır, düzünü elə Karen yazıb və yəqin heykəlini qoyduqları şair Yeğişe Çarensin "biz ermənilər anadan qorxaq və ağılsız doğuluruq" sözlərindən bəhrələnib. Nəysə, özləri bilər, amma gərək avropalılar da qana ki, erməni ermənidir və onlarda ağıl olmadığını dərk edələr.
Nəsib