Həəə, bax beləcə olub. Bunu mən demirəm ki, haylar özləri deyir, özü də hansısa siyasi dəllal, ya da qədim Karvansara, indi hayların İcevan dediyi şəhərdəki dəlixana həkim demir, həyasız Hayastanda hamının tanıdığı və bəlkə də, elə hamının oxuyub hakimiyyəti söydüyü gündəlik "Joğovurt" ("Xalq") qəzeti 25 yanvar tarixli sayında dərc edib. Qarasaçlı, qaragözlü, gülərüzlü amma tikan sözlü Armine də həmin məqaləni baş redaktoru olduğu "Hraparak" media qrupunun saytında yerləşdirib. Bax, həmin yazıda deyilir ki, yanvarın 19-da əzəli sakinləri türklər olan Göyçənin sovet vaxtı adı Azad edilən kəndində yerləşən hərbi hissədə yanıb külə dönən, kimliyi testlərdə bilinən əsgərlərin çoxu basdırılmamış Nikolun müdafiə naziri təyin etdiyi Suren 2023-cü ildə buraxılmış ağ rəngli 5 Toyota markalı maşın alıb ki, qadın işçiləri minib hara istəsə, lap elə türk ekofəallarla görüşə getsinlər. Yatdıqları çarpayıdaca üstündə yanıb külə dönənlərin doğmaları deyirlər ki, orduya ayrılan vəsait belə maşınlara, bir də anahidlərə xərcləndiyinə görə əsgərlərin qarnı daim fit çalır, türklərə güllə atmağa heyləri də qalmır.
Həmin qəzet hakimiyyətdə olan "müxbir"inin məlumatına görə elə yazıb, Armine də sayta qoyub. Yoxsa, nə bilərdilər ki, müdafiə naziri daha 15 ağ rəngli Toyota almaq üçün "Kapital motors" la məxfi müqavilə imzalayıb. Özləri bilər, amma bəzi hay ekspertlərin dediklərinə görə, həmin əsgərləri zəhərləyiblər, sonrada yatdıqları yerə benzin töküb od vurublar, ona görə də elə çarpayıdaca yanıb gəbəriblər. Əgər elə olmasaydı, onlar da digər 3 əsgər kimi döşəyi başlarına tutub elə qapıdanca qaçardılar, sonra da deyərdilər ki, heç nəyi dəqiq xatırlamıram.
Bax, elə məsələ də bundadır ki, hadisəni hər hay bir cür yozur, bir zırpı hay isə Qareginlə Xamneyinin eyni formalı və düşüncəli başına and içib ki, o 15 hay əsgəri türklər yandırıb külə döndərib.
Nəysə, bizim Tahirə düz 35 ildir deyir ki, külü erməninin təpəsinə töküm, indi əsil vaxtıdır,Tahirə xanım ermənilərin təpəsinə elə öz əsgərlərinin külünü tökə bilər. Amma İrəvana gedəndə mən də yanında olsam yaxşıdır. Həm ona tərcüməçilik edər, həm də hayların təpəsinə kül tökdüyünü fotosesiya edərəm...
Nəsib