Deyəndə ki, erməni yaxşılıq qanan deyillər, beş barmağını şam edib yandırsan da xeyri yoxdur, qulağı qapı arasından çıxan kimi yenə başlayacaq hürməyə, Fransanın xoşu gəlmir, deyir ki, hay fağır tayfadır, işiniz yoxdur, qoy nə qələt edir etsin. Yoxsa senat elə qərar çıxarar ki, dünyadakı bütün qanunlar mat qalar. Həmin bu ermənilərin can-ciyərləri olan fransızların prezident deyilən Makron yatıb yuxuda nə görübsə yerindən dik hoppanıb, qışqıra-qışqıra özündən düz 24 yaş böyük, həm də orta məktəbdə müəllimi olan arvadını çağırıb deyib ki, tez qələmlə dəftər gətir, Azərbaycanın dramaturgiya banisi Mirzə Fətəli Axundovdan senata şikayət yazacam ki, onun haqqında qərar çıxarsınlar ki, niyə yazmayıb ki Paris dağılanda bir hayın yuxusu qaçıb. Müəlliməsi soruşub ki, yenə nə olub, niyə şagird olanda elədiyin gic-gic işləri hələ də unutmamısan. Makron deyib ki, bəs Dərviş Məstəlişah o vaxt Parisi dağıdıb, Axundov da şahiddir, indi bilmişəm. Bu faktları mənə Paşinyan son dəfə gələndə demişdi, yadıma indi düşüb. Arvadının verdiyi dərmanı içəndən sonra bir az özünə gələn Mako bir qədəh erməni konyak içmək istəyirmiş ki, birdən yadına düşüb ki, Fransanın almanlara müqavimət hərəkatının fəallarından xeylici elə Axundovun yerlisi olub, deyib ayıbdır, amma yenə tutması tutub, yadına gəlib ki, erməni Şarl Aznavur bir konsertdə ona "Mako, sən əsl haysan" demişdi. İndi onun yüz yaşı tamam olur, gərək elə bir sənəd düzəldə ki, dünyanın qanunları etiraz etsə də qanmazları deyə ki, mersi, Mako, sən haydan da haysan.
Nəsib