Bax həmin daşnakların bürosu bu gün "bəyanat" adı verdiyi bir cızma-qarada vay-şivən salıb ki, sabah – aprelin 24-ü "soyqırım" günüdür. Sonra da başlayıb Nikolun ünvanına daş atmağa ki, Nikol "soyqırım"ı faktiki tanımır. Deyir ki, o vaxt qarışıqlıq olub, kim kimdən xoşlanmayıbsa öldürüb, bu işdə türk hökumətinin günahı yoxdur. Gərək bunu bütün haylar hər iki qulağında sırğa eləsin. İndi bu Daşnaklar Nikolun 7 arxa dönəninə söyürlər ki, gərək elə deməyə idin. Nikol isə deyir ki, olanı demişəm da, bə, nə vəlvələyə düşürsüz. Həmin bu Daşnaklar əmindirlər ki, Nikol konstitusiyada da dəyişiklik edib qonşularla normal yaşamaq istəyir. Ona görə də vəlvələyə düşüblər ki, onu tez istefaya göndərsinlər. Amma bunu görməyəcəklər.
Nəsib