14.07.2025, 11:04
AZ EN
27.02.2024, 14:33 291

Hayların donu açılmır

YAZILAR

Bu hayların qanlarında nə varsa dünyada Hippokrat andı içən də, içməyən də nə qədər canına cəfa verib çalışırsa, bunu tapa bilmir ki, bilmirlər. Axırda deyirlər ki, əşşi qoy cəhənnəm olsunlar, mənə nə nə var hay qanında. Elə ki hayların baş naziri olan Nikol son dəfə Fransada oldu və ağzını Asdvac yoluna açıb düz iki gün sərsəmlədi, sonra da Annasının tapıb gətirdiyi jurnalistlə bir az fransız çaxırı içdi, yadına rusların çaxırı düşdü, tez dedi ki, mən o çaxırı içməyəcəm və nöqtə. Fransız jurnalist bilmədi nə desin, birdən Nikol özü dedi ki, bilirsən niyə rus çaxırı içmirəm, axı mənim böyüyü olduğum Hayastan heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirak eləmir, yəni orada işimizi dondurmuşuq, niyəsi də belədir ki, ordakı əsgərləri qoymadılar gəlib bizim dığaların əvəzinə vuruşsunlar. Bilmirlərmi ki, biz vuruşan deyilik, aranı qatıb sonrada oradan sıpıxıb çıxanlarıq. Ona görə də KTMT da, rus çaxırı da bizlik deyilik. Qərara almışıq ki, bundan sonra fransıza əbədi bacı olaq, onların çaxırından içib dəmlənək, sonra bütün bacılar cəmlənək və rusa bir toy tutaq ki, səsi düz Alyaskaya çatsın.

Bundan heç bir gün keçməmiş rusların doğmaları belarusların başçısı Lukaşenko and içib ki, ay haylar, başı zaylar, nizamnamədə "fəaliyyəti dondurmaq" barədə bir cümlə nədi, heç bir söz də yoxdu və nöqtə. İndi ermənilər düşüblər bu işin arxasına ki, məgər bizim Paşinyan bilmirmi nə nədir. Bilir, özü də düppədüz bilir. Ona görə də KTMT-da bizi dondurub və nöqtə.

Amma bir müxalifətçi dığa deyib ki, ara, bu Nikol fəaliyyəti dondurmaq işini Azərbaycanın AXC-Müsavat təşkilatlarından çırpışdırıb. Axı, onlar da bir vaxt "vəzifəmi dondururam" deyirdilər,.... Amma donları çoxdan açılıb, haylarınkı isə açılmır ki, açılmır. Amma Azərbaycan əsgəri yumruğunu işə salsa açılar.

Nəsib

Oxşar xəbərlər