08.09.2024, 07:43
AZ EN
08.04.2024, 13:23 256

Qatili Nobel mükafatına təqdim ediblər

YAZILAR

Hayların heç bir xalqda olmayan bir xüsusiyyəti də qarışqadan fil düzəltmək istəməsi, alınmadıqca isə təpələrinə döyüb vay-şivən salaraq türkləri günahkar bilmələridir. Dünyanın bütün hayları və onların çalmalı, çalmasız bacıları bilir ki, Rusiya vətəndaşlığından imtina edib sevinə-sevinə Xankəndidəki separatçıların yanına qaçan, bir-iki ay onların başbilənlərindən olan, Bakıda çay içməyi arzulayan, bunun üçün ağzına gələni danışan, əlindən gələn hər pis işi görən adı Ruben, familyası Vartanyan olan hay buruntaqlanıb Bakıda çay içməyə gələndən sonra qaşı-qabağı açılmır. Açılmaz da, bə. Nə qələtlər elədiyindən boyun qaçıran bilməz, axı!

Nəysə, hayların ən çox oxucusu olan "Hraparak"ın 8 aprel tarixli yayımında bu hayın gülən şəklinin altında yazılıb ki, həmin bu dığa Nobel sülh mükafatına təqdim olunub. O qədər güldüm ki, qonşu kabinetdə oturan, oruc tutan xanımlar elə biliblər ki, lotereyada heç olmasa bir qutu siqaret pulu udmuşam. Soruşdular ki, nə olub, tənbəllik eləməyib hayca olan həmin xəbəri ruslar demiş, ot i do danışdım. Onlar məndən də betər güldülər. Bax həmin o yazıda Rubeni tərifləyib düz göyün yeddinci qatına çıxarmaq istəyən haylar-zaylar həm də yazıblar ki, bəs, deməzsənmi Rubo o qədər "humanist" haydır ki, 44 günlük müharibədən əvvəl Şuşadakı İran (?) məscidini də təmir etdirib və indi orada namaz qılınır. Bax, burda Ruboya da, onu yazana da hayca bir yox, lap 101 dəfə həm də ona görə söymək olar ki, məscidin də ölkəsi olurmu? Bir də ki, ay hay, nə bilim hansı heyvana tay, məscidlərdə donuz saxlayan siz deyildiniz?

O da bəllidir ki, Nobel mükafatı elmdə yüksək nailiyyətə görə verilir, özü də bu fondun pulu məhz Azərbaycanın neftindən əmələ gəlib. Deyirəm Nobel qardaşları hay separatçısının belə mükafata təqdim edildiyini bilsə idilər, heç pul yığmazdılar.

Burda hələlik bir görünməyən nüans da var: erməni psixologiyasına bələd olanlar bilirlər ki, onlar  elə-belə pul xərcləyən deyillər, yəqin başlarını aşağı salıb 5 aydır fikirləşəndən sonra deyiblər ki, gəlin Rubeni Nobel sülh mükafatına namizəd edək ki, dünyada daha çox ermənisevər desin ki, bu dığa 6 aydır Bakıda çay içir, qoy indi Hayastanda çay içsin.

Bax, burda bir hay kəlməsi yada düşdü: arrr kez...

Nəsib Qaramanlı

Oxşar xəbərlər