21.11.2024, 19:54
AZ EN
01.04.2022, 16:00 884

Erməni deputatlar yenə də didişirlər

YAZILAR

Dünyada 1 aprel gülüş, yumor günü kimi şən zarafatlarla keçdiyi halda Ermənistanda əsl aldatma, haray-həşir günü olur. Ermənistan mediasında meydan sulayan «Hraparak» (meydan) qəzeti  yazır ki, hökumətin dünənki iclasında Paşinyan Azərbaycanın hücumlarından danışarkən ruslardan da, qərbdəkilərdən də şikayətlənib. Deyib ki, onlar öz vəzifələrini yerinə yetirmirlər.  Çox vaxt laqeyd müşahidəçi rolunda çıxış edirlər. O erməni vətəndaşlara indi daha çox ayıq-sayıq olmağı tövsiyə edib.

Ənənəvi iclasda həmişə köhnə zurna ilə köhnə havalar çalan Paşinyan arada xalqa balabanda qandırıb ki, müharibədən yayınmaq üçün Azərbaycana təslim olub, onun bütün şərtlərini qəbul etməli və sülh müqaviləsi imzalamalıyıq. Yoxsa bu dəfə başımıza elə dəmir yumruq dəyəcək ki, ömürlük özümüzə gələ bilməyəcəyik.

Aprelin 1-də isə Ermənistan parlamentinin növbədənkənar iclası başlayar-başlamaz müxalifətdəki deputatlar iki ayaqlarını bir başmağa dirəyib deyiblər ki, baş nazirlə xarici işlər naziri gəlsinlər suallarımızı cavablandırsınlar. Qaynanası «Hraparak» qəzetinin baş redaktoru olan spiker isə sakitcə deyib ki, dünən Nikol demədimi ki, nə məni, nə də xarici işlər naziri Ararat Mirzoyanı deputatxanaya çağırıb boş-boş suallarla məşğul etməyin. Canınız da çıxsa, gələn deyilik! Müxalifətçi qadın deputat Xamoyan tez saçlarını oxşaya-oxşaya hay-həşir salıb ki, xarici işlər naziri A.Mirzoyan hardadır? Gəlsin ona suallarım var. Spiker bu dəfə bir az qəzəblənib. Səsinin tonunu dəyişərək «toçno» belə deyib: «Ay xanım, Ararat Mirzoyanı tapa bilmirsiniz? Bəs Xarici İşlər Nazirliyinin harada olduğunu da bilmirsinizmi? İstəyirsiniz indi durub gedək və o binanı göstərim. Mirzoyandan nə soruşmaq istəyirsinizsə, soruşun». Bu sözlərdən sonra yenə də ara qarışıb, amma məzhəb itməyib. Ermənilər başqasının məzhəbini özününküləşdirəndən sonra elə hala salıblar ki, itən deyil. Tarix də göstərir ki, hər dəfə ara qarışanda erməni məzhəbi öz işini görür. Ancaq bu dəfə belə olmayacaq. Dünyanın ağlı kəsən siyasətçiləri deyirlər ki, Ermənistan Azərbaycanın sözünə baxmasa məzhəbini yox, dövlətçiliyini itirəcək.

Nəsib QARAMANLI

Oxşar xəbərlər