21.11.2024, 16:00
AZ EN
25.01.2023, 16:27 347

Haylar Əliyə don geyindirib

YAZILAR

Bu ölkədə yaşayan hər kəs kimin kim olduğunu beş barmağı kimi tanıyır, amma çox vaxt onu dilə-dişə salmaqdan, türk qardaşlarımız demiş, vaz keçir. Burada bir amma da var, belə ki, qanmayanı gərək qandırasan. Di gəl ki, elələri var ki, meşədən yeni tutulmuş ayı kimidir, el dilində desək, qanmaqla, yenə türk qardaşlarımız demiş, araları yoxdur. Deyirlər ki, nə edirsən et, qanmayacam və Nikol demiş nöqtə. Belələrini, Məşədi İbad demiş, gərək yerə uzadıb ağzına-ağzına döyəsən və deyəsən ki, nida!

Bax belələrindən biri: Hafiz Hacıyev demiş Kərimov Əli, həyasızlıqda lap hayları da keçib və olub hayların "demokratı". O, Osmanın qızı Sevincin televiziyasında elə şeylər danışır ki, adam ona "bu da bir haydı, tülküyə taydı" demək istəyir, amma demir ki, o birdən yenə boğazını dikəldib Sevincə deyər ki,  xətrimə dəyirlər, axı, mən tülkü deyiləm, başqasına, məsələn goreşənə oxşayıram.

Həmin bu Kərimov Əlini informasiya dağarcığı edən haylar onunla görüşüb Laçın- Xankəndi yolundakı ekoaksiyanı müzakirə etmək kimi axmaq fikrə də düşüblər. Bunu  hayların "Faktor" TV-sində deyən hayın özü də elə boğazı və üzü ilə rus demiş, toçnu Kərimov Əlidir. Amma hayların bir hafizi yoxdur ki, onu yıxıb sürüyə. Amma yəqin olacaq.

Sevinc də gərək haylara sevinc verməsin, axı biz onun atasına hörmət qoyuruq, birdən bir nəfər boğaza yığılıb bəzi şeylər desə Sevincin səsi də dolar, sol gözü də. O ki, qaldı Əliyə, o ağlını çoxdan itə atıb. Amma it onu götürüb, ya götürməyib, bilmirəm. Bəlkə, Əliyə "demokrat donu geyindirən" haylar bilir.

Nəsib

Oxşar xəbərlər