01.07.2025, 22:15
AZ EN
01.01.2023, 17:00 268

Hayların Yeni ili qara gəldi

YAZILAR
  • BMT Təhlükəsizlik Şurasında hayların böyük bacısı Fransanın saqqızı palçığa düşdükdən sonra hayməramlı firənglərlə hayların vay- şivəni o yerə çatdı ki, Santa Klaus da məəttəl qaldı. Rusların yanında gözyaşı tökən, arxada isə onların əlehinə bütün dillərdə qeybət edib avropalılarla bir yerdə olmaq istədiklərini bildirən hay başbilənlər  bu dəfə də əsil üzlərini  öz medialarında açıb göstərdilər.

Hakimiyyəti tənqid ermək yarışında liderliyini əldən verməyən "Hraparak"ın ötən ilin son və bu ilin ilk günündə yaydığı xəbərlərin əksəriyyəti məhz hayların bu ilki Yeni ilinin qara gəldiyindən xəbər verir. Baş nazir Nikolun və prezident Vahaqnın bayramla bağlı öz toplumlarına müraciət edib bəzi məsələlər barədə umu- küsü etdikdən sonra gələn illə bağlı  şipşirin arzular ifadə etməsindən heç 5-6 dəqiqə keçməmiş ekspertlər, politoloqlar   bildiriblər ki, hap gop eləməyin, inişildən bəri Azərbaycanın əsgərləri təkcə yeni ilimizi yox, bütün ilimizi qara eləmişdi, indi isə ekofəallar bizi qara günə qoyublar.

Qarabagdakı hayların isə günü qara yox,qapqara olub, qadınlar, qızlar istəyirlər gedib ekofəallarla dil tapsınlar ,amma paxıl rus əsgərləri  qoymurlar.

Hay başbilənlər indi belə fikrə düşüblər ki, sərhəddə rusları başqaları, yəni firənglərlə farslar əvəz etsələr, çox ədalətli olar, "çünki biri xristian, o biri isə müsəlman olduğu üçün balans pozulmur".

Bax, elə bu yerdə adam az qalır deyə ki, ay hay, sən dediklərin öz bacılarındı ki!!! Amma demirsən, ona görə ki, bu üç bacının hansı yuvanın quşu olduqlarını tarix dəfələrlə isbatlayıb. Bu da həqiqətdir ki, haylar öz maraqları naminə  həmişə yaxşılığa yamanlıqla cavab verir. Hələliksə,  deyəsən, yeni "qara bayram " axtarışındadırlar...

NƏSİB

Oxşar xəbərlər