21.11.2024, 18:22
AZ EN
21.02.2023, 18:56 373

Nikol Bakıya qaçacaq

YAZILAR

Bəs, hara qaçsın? Ağlını o qədər itirməyib ki, İrana, Rusetə qaçsın. Bilir ki, rubenlərin, aroların oralarda şərikləri var, tutub geri gətirəcəklər, bizdə isə ona heç nə eləməyəcəklər. Elə birləşib erməni dilində bir qəzet açıb ona verərik, jurnalist deyilmi? Hələ "haykakan jamanak" qəzetində işləyəndə yazmışdı ki, Sumqayıt şəhərində olan cinayətləri Moskva özü ölçüb-biçib qəlibə salmışdı. Onda serjik ona düz 8 il iş kəsmişdi, xeyli oturdu, sonra əfvə düşdü və onu aşırıb özü gəldi hakimiyyətə.

Sonra da başladı bizimlə dava salmağa, uduzdu, uduzmalı idi, da bə.

Haylar onu lap gözümçıxdıya salıblar ki, burda dil içəri salmırdı, Münhendə kəkələyə-kəkələyə bir-iki söz deyib mumladın. Nikol da deyir ki, daha nə deyəydim, bəlkə, yenə "Qarabağ bizimdir" - deyə başımı Azərbaycan Prezidentinin yumruğunun altına verəydim?

O Kişi düz deyir, axı biz haylarıq qanmaqla işimiz olmaz, gərək Akara şeir yazan Tahirə xanım təpəmizə kül tökə ki, qanaq?

Nəysə, haylara hirslənəndə göyçəli uşaqlardan öyrəndiyi sözləri təkrarlayan Nikol hayların əlindən, dilindən bezib qaçmağa yer axtarırmış, birdən Annası deyib ki, ay dığa, tapdım: elə ən yaxşı yer Bakıdır, söyməyimizə baxma, mən dəqiq bilirəm ki, türklər əsl kişidirlər, həm də qızlar böyüyürlər, bir Türkə verərik ağ günə çıxarlar. Təklif bəyənilib və Nikol tez deyib ki, İrəvan Azərbaycandır!

Nəsib

Oxşar xəbərlər