01.07.2025, 15:18
AZ EN
13.08.2024, 10:44 527

Vartanın ipini dartan olacaq

YAZILAR
  • Yay aylarında başını hardasa kölgəyə salıb gün şüasından qorunan iranşünas Vartan Voskanyan axşamlar arabir sərinliyə çıxıb nəsə təzə bir şey fikirləşir.

Tez də hayların "Hraparak"ına zəng eləyib elə danışır ki, onu dinləyən Hayka da, Lusine də inanıb tez sayta qoyub paylayırlar. Vartan da görən də ki, ipini dartan yoxdu daha da cürətlənir. Həmin bu ipi dartılmayan Vartan düz üçüncü dəfədir ki, İranın bu yaxınlarda seçilmiş türk əsilli prezidenti Məsud Pezeşkian barədə elə danışır elə bil onunla bir yerdə çay içib dostyana dərdləşiblər. Vartan sözlərini darta-darta elə uzadır ki, yəqin evdəkilər də deyir ki, ara, lav eli, ba, yəni ədə bəsdi da, bə. O isə qanmır ki, qanmır. Bu günsə yenə ağzına gələni üyüdüb töküb. Amma onun bir fikri ilə tam razıyam ki, hayların ipini uzadanlar ağla gəlib o ipi dartıb qıçlarına bağlamasa, Zəngəzurdan sonra Vartanın özü etiraf edib deyəcək ki, Türklər düz deyir: İrəvan Azərbaycandır!

Nəsib

Oxşar xəbərlər