21.11.2024, 22:56
AZ EN
13.04.2023, 16:17 200

Sabiq deputat "təhlükəsizlik əriştəsi" kəsir

YAZILAR
  • Nikolun dostu olduğu üçün Ermənistanın təhlükəsizlik xidmətinin rəhbəri təyin edilən, amma fərsizliyinə görə yarım ildən sonra elə Nikolun əmri ilə vəzifədən it kimi qovulan, sonra isə bizim Pənah Hüseynov kimi özünə 5-6 adamdan ibarət partiya yaradan amma Koçaryanın partiyasının proporsional siyahısı ilə deputat olan Artur Vanesyan ötən il martdan oktyabrın sonunadək parlamentin iclaslarında deyil, etiraz aksiyalarında iştirak etdiyinə görə bu dəfə də parlamentdən qovuldu və özü də yenə it kimi.

Bax hər yerdən it kimi qovulan bu fərsiz dığa indi akademiklik edir, təhlükəsizlik əriştəsi kəsir. Necə?

Çox asan, fərd - partiyasının nəzdində "təhlükəsizlik akademiyası" dediyi bir qeyri formal təhsil proqramı üçün bir az farsdan, bir az frəngdən qrant – yəni pul alaraq harda veyillənən gənc oğlan, qız görürsə adlarını dəftərinə yazıb kursun müdavimləri edir.

Bu gün isə həmin gəncləri bir yerə yığıb onlara "təhlükəsizlik nədir?" mövzusunda ətiştə kəsib."Hraparak"ın müxbiri isə həmin prosesi telefonuna çəkib paylaşıb.

N.Qaramanlı

Oxşar xəbərlər