Haylar indi yenə başlayıblar Bakıda çay içən haylardan danışmağa, daha doğrusu, vay-şivən salmağa. Deyirlər ki, onların məhkəməsi olacaq, gərək dünyanın bütün hayları öz dövlətlərinin başçılarının ayağına düşüb yalvara ki, onları buraxdırın gəlib burda çay nədi, lap elə İranda istehsal olunub İrəvana gətirilən "ararat" spirti qatılmış nəsə içsinlər. Dünyanın ağlı kəsənlər deyəndəki, axı onlar çox cinayət törədiblər, haylar Vazgenlə Makronun babasının goruna and içirlər ki, daha bir də elə qələt eləməzlər, sakitcə oturub vaxtilə Xankəndidəki günləri xatırlayacaq, orda çəkdirdikləri foto sessiyalara baxacaqlar, yenə alınmır. Alınmaz, axı.
Dünyada qayda var: qatil çayı evdə deyil, kamerada içər. Amma haylar bunu niyə qanmır, heç Nikol özü də baş aça bilmir.
Nəsib