Amma hayların bəzi yazarları and içmədən yazıblar ki, Aro maskalı moskalların yanına gedib ki, desin bax, ya itinizin ipini çəkib yığışdırın, ya da onu özüm türklər bizi qovan kimi, yəni iti qovan kimi qovacam.
Bax elə bu gün, yanvarın 31-də "obedə" yaxın hayların bir neçə xəbər saytı yazıb ki, bəs deməzsən, Ruben Araikin acığına səhər-səhər Azərbaycanın Xocavənd rayonunun hayların müvəqqəti məskunlaşdığı kəndə gəlib ki, bir az pul-para paylayıb Araiki aşırmaq üçün özünə tərəfdar toplasın. Kənddəki qoca haylardan biri deyib ki, ay dığa, sənin bu tərəflərdə itin ha azmayıb, qoysana işimizi görək. Rubenin şoferi tez dillənir ki, bəs bu elə-belə dığa deyil, vaxtilə buraya top, tank alıb yollayandı. İndi də gəlib ki, nəyiniz yoxdusa, deyin verim. Həmin qoca hay deyib ki, çox şey yoxdur, korluq çəkirik belə getsə türklərə birləşəcəyik. Bax, elə bu dəmdə Robik dilinə yiyəlik eləməyib ona acıqla deyib ki, namusun yoxdu sənin!
Və ara qarışıb, təkcə hayların deyil, həm də onların bacılarının da məzhəbi itib. Cavan dığalar hücum çəkiblər ki, onu təpiklərinin altına salıb çığnasınlar, polis və yaşlılar birtəhər mane olublar.
Sonra da onu kənddən qovublar, deyiblər bir də gəlsən səni türklər andraniki salan vidə salarıq.
Bax bu xəbəri yayan jurnalist qadın axırda həm də deyib ki, belə getsə, haylar yox, türklər Rubeni gəldiyi yerəcən qovacaqlar.
Nəsib