Amma bu dəfə qərar çıxarıb dediklər ki, qoy haylar da, hay sevdalılar da daha hay-küy salmasınlar. Çünki hayların müxalifətinin "nikolizm" dediyi yeni ideologiya yaxşı olmasa da ağlabatandır. Belə ki, hay hiyləgərliyi çox olsa da orda reallıqla uzlaşan şeylər də var. Ermənilər deyirlər ki, 44 günlük müharibədən sonra da keçirilən seçkilərdə "nikolizm" qalib gəldi, sonra Qarabağdan bütün haylar Nikol Paşinyanın baş nazir olduğu yerə köç etdi. Nikol da, komandası da Qazaxın kəndlərinin işğaldan azad olmasına "bravo" dedi və s.və i.a.
İndi də haylar deyirlər ki, belə getsə, yanıqpəyəli Cabir gəlib İrəvanda çay yox, kofe içəcək və ordan da Armine ilə kəndlərinə gedəcək. Öz aramızdır, bunun nəyi pisdir ki, asta-asta hər şey qaydasına düşür, da bə!
Bax elə ona görə də nikolizm davam etsə, yaxşıdır.
Nəsib