01.07.2025, 09:44
AZ EN
16.03.2022, 16:20 239

Osmanqızı ermənilərə xidmət edir

YAZILAR

Osmanqızı TV-nin təsisçisi və aparıcısı Sevinc Osmanqızı Azərbaycana qarşı düşmənçiliyini yeni mövzularla davam etdirir. Onun saxta xəbərlərini həqiqət kimi qəbul edən erməni siyasətçiləri və mediası Rusiyanın Ukraynaya hücumu ilə bağlı yazılarda Sevinc Osmanqızının feyk xəbərlərini də demokratik mətbuat nümunəsi kimi vurğulayır.

Təkcə Azərbaycan iqtidarına deyil, bütövlükdə Azərbaycan tarixinə və xalqına qarayaxmalarla məşhurlaşıb, ermənilərin sevimlisinə çevrilən bu qadın indi də Ukrayna ilə Azərabycanın arasını vurmaq üçün dəridən-qabıqdan çıxır. AXCP sədri Əli Kərimlinin və özünün uydurmalarının ermənilərə xidmət etdiyini bilsə də, götürdüyü öhdəliklərə görə atasına olan hörməti belə ayaqlar altına atan Osmanqızı bu günlərdə yayıb ki, Şuşanı işğaldan azad edən xüsusi təyinatlılarımız guya Rusiyanın tərəfində Ukraynaya qarşı vuruşacaqlar. Bu yalanı ermənilər dərhal həm öz dillərində, həm də rus və ingilis dillərində tirajlayıblar. Məqsəd isə aydındır: Ukrayna-Azərbaycan dostluğuna zərbə vurmaq. Amma osmanqızılar və onlara inanan şəxslər bilməlidirlər ki, bu dostluq heç bir casusun yalanları ilə sarsılmayacaqdır.

NƏSİB

Oxşar xəbərlər