08.09.2024, 07:38
AZ EN
08.02.2024, 15:45 235

Bostançıyan Paşinyanın bostanına daş atıb

YAZILAR
  • "Hraparak"ın da elə bil mövzusu yoxa çıxıb. Bu günkü buraxılışında Azərbaycanın bostanına tərəf xeyli daş atıb, amma hamısı bumeranq olub düşüb öz boş başlarına.

Ona görə də bir yazı da öz bostanlarından, daha doğrusu Bostançıyan familiyalı bir qadının Paşinyanın bostanını daşa basdığına görə məhkəməyə verilməsindən, məhkəmənin isə təkzib barədə hökm çıxarmasından yazıb. Məhkəmədəkilər deyib ki, əgər təkzib verməsən, paşikdən üzr istəməsən, sənə elə cərimə yazarıq altından çıxa bilməzsən. Həmin bu Bostançıyan yazıbmış ki, bəs, nikol torpaq verəndir, özü də hələ yenə verəcək. Amma, öz aramızdır, paşikin torpağı var ki, kiməsə versin, ya verməsin. O bir dəfə yox, lap min dəfə deyib ki, dövlət də, ərazi də hamınındır, hamı bəhrələnməli və yeri gələndə qorumalıdır. Bu bostançı nəvəsi Zaruhi isə  şər atıb ki, bəs, deməzsənmi Qarabağ hayların idi, onu Paşinyan düşmənlərə verdi. Bax, lap başından yekə qələt edib elə yazıb. Axı, dünya bilir ki,Qarabağ Azərbaycanın əzəli torpağıdır, haylar bacılarının hesabına  oranı işğal edib yerli türkləri  qovmuşdu. 30 il deyildi ki, ay hay gəl adam ol, torpağı qaytar, eşitmədi ki eşitmədi. Amma elə ki, o qanmaq bilməyən başlarına yumruq dəydi, vay-şivən saldılar. Paşinyan zirzəmidə sənədə qol çəkdi ki, Qarabağ Azərbaycana məxsus olub və həmişə də belə olacaq. Bax bu Bostançıyan isə onu qınamağa, onu satqın, torpaq verən adlandırmağa başladı və o yüz yox, lap min faiz səhvdir. Ona görə də bizim Tahirə xanım demiş, canı çıxsın təkzib verib üzr istəsin. Yoxsa onun bostanına elə daş atarlar ki, heç haysevdalı AŞPA da bir qələt eləyə bilməz.

Nəsib

Oxşar xəbərlər