21.11.2024, 19:22
AZ EN
10.02.2023, 16:55 219

Yezdi haylaşıb

YAZILAR

Bir vaxt haysız qalacaq Hayastanda son deputat seçkisi 2021-ci il iyunun 21- də olub, özü də proporsional, yəni partiyaların siyahısı ilə. Nikolun siyahısında 75 yaşlı  Knyaz Hasanov vardı, milliyyəti kürd, inancı yəzid, saçları isə qapqara, bax onda haylar hay-həşir saldılar ki, niyə o qocanın əvəzinə heç olmasa bir cavan yəzdi salmayıblar, Nikol dedi ki, ay haylar, axı bu həm cavandır, həm yaşlı, balans pozulmur. Elə ki, Nikolun komandası qalib gəldi bax bu Hasanov Hayastan parlamentində oturdu yerdə mərkəzi seçki komissiyasının sədri onun qolundan tutub düz sədr oturduğu kresloya oturtdu və dedi ki, Knyaz əmi,ə n yaşlı sənsən, iclası aç bir sədr seçilsin. O da iclası açdı və nikolçular məşhur jurnalist Armine Ohanyanın qızının əri Alen Simonyanı sədr seçdi. Alen necə işləyir, bizlik deyil, amma fevralın 9-da onun Geğam Manukyana və Knyaz Hasanova dedikləri bizi bir az  maraqlandırır. O, Türkiyədə olan zəlzələ ilə bağlı özünün də başsağlığı verdiyini deyən də  indi 77 yaşı olan Hasanov əlini qaldırıb söz alıb və deyib ki, mən də istəməzdim başsağlığı verəsən, Alen cavab verib ki, yekə deputatsan, 77 yaşın var o nə sözdü deyirsən. Birdə ki, ölənlər təkcə türklər deyil, onların içində erməni də, yunan da, ərəb də, sənin kürdün də var. 77 yaşlı, qapqara başlı Knyaz deyib ki, ordakı kürdlər türkləşiblər və bizdən deyil.

İndi bütün haylar deyir ki, bu nə deyir, bəs onda niyə neçə ildir boğazını cırırdı ki, Türkiyədə kürdlərə divan tuturlar. Bir haysa deyir ki, yəzdilər kürd deyəndə ppk-nı nəzərdə tuturlar.

Deməli, Knyazın məntiqinə görə:

Yəzdilər isə haylaşıb,

Firənglərlə taylaşıb.

Nəsib

Oxşar xəbərlər