21.11.2024, 17:47
AZ EN
12.02.2024, 13:52 353

Ermənidən betərlər

YAZILAR

Dünyanın yazılı və yazılmamış qanunlarından az da olsa xəbəri olanlar bilir ki, adam xaricdə olanda vətən üçün çox darıxır, deyir ki, kaş bircə gün də olsa orada olum, havasını udum, suyunu içim. Amma elələri də var ki, mədəniyyətli deyil, lap mədə niyyətlidir. Kimsə bir tikə çörək, ya da sümük verəndə vətən də yaddan çıxır, ona təəssübkeşlik də. Belələrinə el dilində ermənidən betərdir deyilir. Bax, həmin bu ermənidən betərlərdən bir neçəsi xaricdə xalqın mədəniyyətini deyil, özlərinin mədə niyyətini hər kəsə göstərirlər, ağızlarını açıb gözlərini yumub elə şeylər danışırlar ki, qardaşı Bakıda istintaq təcridxanasında çay içən hay deputat Geğam Manukyanın da ağzı açıq, gözləri bərələ qalır. Deyir ki, ara, bu Cəmil Həsənli,Əli Kərimli, Sevinc Osmanqızı, Beydulla Manaflı,Tural Sadıqlı bizdən də betər haydılar ki! Bax həmin bu haydan betərlər fevralın 7-dəki növbəti demokratik seçkidən bəri yenə dil içəri salmırlar. Ermənilər, fransızlar da onları alqışlayıb deyirlər ki, bunlar da bizim birimiz, belələrinə demokrat deyir həm ölən, həm dirimiz. Amma  nədənsə, onlara  erməni milli qəhrəmanı adı hələ verilməyib, bax ermənilər burda da ayrı-seçkilik edirlər. Axı, bu adı yazılanlar ermənidən betərdirlər, nə olsun ki, xaçlarını gizlədiblər.

Nəsib

Oxşar xəbərlər