21.11.2024, 22:41
AZ EN
27.01.2023, 12:14 327

Ruben dalandan çıxa bilmir

YAZILAR

Ermənistanın baş naziri Nikolun arabir elə sözləri olur ki, ağlı başında olanlar onu alqışlayır. Jurnalist Areq Markaryanın işlədiyi "Hraparak" da "Ruben Vartanyanın istefa tələbini irəli sürürlər" başlıqlı məqaləsində hay iqtidarının dünənki iclasında Nikolun bəzi məqamlara hay kimi deyil, adam balası kimi aydınlıq gətirməsi qeyd olunub. Belə ki, Nikol Azərbaycanın əleyhinə yenə xeyli mırtdadıqdan sonra hirsini Ruben Vartanyanın ünvanına töküb. Təmiz hay dilində deyib ki, Azərbaycan onun acığını çıxır, tez rədd olub getməsi üçün yolu bağlayıblar, türklərdən dönmə dediyimiz qarabağlı hayları acından qırmaq istəyirlər. Xankəndidəki haylar da, vasyalar da bizə məktub yazıblar ki, bu rubenləri, vahoları qoymayın ağızlarına gələni çərənləsinlər, Azərbaycanla ağlı başında olan hay danışsa, nəsə əldə etmək olar.

Araik onu da yazıb yaydırıb ki, Araiklə Ruben bir-birinin kölgəsini daim qamçılayır. Yerli haylar Aronu, pula satılan haylar isə Robiki dəstəkləyir. Aro istəsə onu  "işdən" çıxarar, bunu Nikol da tapşırıb, amma hələlik nədənsə çəkinib  susur. Hayların biri isə Areqə deyib ki, Rubenin pulunu balta nədi, heç lazer də kəsməz, ona görə də  Araik qorxur ki, o, "vor zakon"a pul verib onu o dünyaya başı kəsilmiş halda göndərər.

Apeq daha sonra yazır ki, Ruben Vartanyana qarşı mübarizə  davam edir və onu dalana elə dirəyiblər ki, get-gedə arıqlayır. Yəqin çox dözə bilməyəcək, bir gün şələsini götürüb gəldiyi yerə gedəcək: İstəməz ki, türklər hay əsgərləri qovduğu kimi onu da iti qovan kimi qovsun, ya da o yekə boynunu burub məhkəmə önünə çıxartsın.

Nəsib

Oxşar xəbərlər