21.11.2024, 14:36
AZ EN
06.12.2023, 15:58 309

Erməni düzələn deyil

YAZILAR

30 ilə yaxın Azərbaycanın 13 min kvadrat kilometrdən çox suveren ərazisində yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan edən haylar heç bir gün də çəkməyən lokal antiterror əməliyyatında başlarına qapaz dəyəndən sonra yalvarıb-yaxarıb dedilər ki, biz öz separatçı rejimimizi buraxırıq və qələt edərik bir də "arsax" sözünü işlədərik. Biz də dedik ki, bu haylar, deyəsən, nəhayət, adam olmaq istəyirlər. Elə ki, başlarının üstündən yumruq götürüldü pəpə deyəndən fransız papa deyənə kimi hamısı şələ- şüşələrini bellərinə alıb düz Hayastan deyilən oyuncaq respublikaya getdilər. Dünya da görürdü ki, onlara gözün üstə qaşın var deyən olmadı, əksinə, uşağa, böyüyə, bir sözlə, ağzının suyu axan hər kəsə su da, yemək də verildi. Bir yaşlı hay da dedi ki, Allah haqqı ermənilər millət dəyil.

Elə ki,  haylar Hayastana keçdilər başladılar ata-babalarının goruna and içməyə ki, bəs bizi yenə genosid etdilər.

Dünyanın ağlı başında, ürəyində vicdanı olanları isə mat-məəttəl qalıb dedilər ki, yanıqpəyəlilər demiş, ermənilik eləmə, sizə toxunan olmayıb, amma ermənilər elə erməniliklərini elə indi də edirlər. Onların "Hraparak" nəşri isə birinin üstünə beşini də qoyub car çəkir ki, Şahramanyan hansı tuladır ki, rejimi buraxır, rejim burda fəaliyyət göstərəcək. Natali adlı erməni bloqer isə yazıb ki, ay hay olan kəslər, deyirdiniz ki, "mayr Hayastan"a birləşək, daha nə istəyirsiniz, naxçıvanlılar demiş, birləşibsiniz, da bə. Nədən belə edirsiniz?

Gözləyirsiniz ki, İrəvandan da qaçasınız? Haylar isə qanmır ki, qanmır, deyirlər ki, Fransa və Hindistandakı papalarımız, bacılarımız bizi dəstəkləyir, gedib Bakıya çıxacağıq. Bax, elə burda deməyə əsas yaranır ki, bəli, Bakıya gələcəksiniz və bir yanıqpəyəli önündə siz də boynu bükük, topuq dilli olacaqsınız.

Nəsib Qaramanlı

Oxşar xəbərlər