21.11.2024, 21:52
AZ EN
08.02.2023, 15:08 327

Ruben iki daş arasındadır

YAZILAR

Qarabağdakı haylara rəhbərlik edən Araik Moskvada bir neçə gün ivanlara qonaqlıq verib dəstək aldıqdan sonra İrəvana uçhauçda ona zəng ediblər ki, ay dığa, başını orda islatsan da gəl bura, jurnalist Kristina Rubendən xeyli rubl alıb dollara dəyişib, deyir, gedib Parisi dağıdacaq ki, bu Aro dələduzluq edib, Nikol separatçılara bağışladığı maşınları İrəvana yaxın meşəlikdə gizlətdirib ki, sonra bir fürsət tapıb satsın, gəl o qadının səsini batır. Yoxsa Parisdəki bacın küsər ki, niyə elə qələt eləmisən, Azərbaycanın əleyhinə qəbul etdiyi qərarları pozduran, qalarsan yana-yana. Axı, Ruben də elə səni görmək istəyir, deyir orda nə qələt edir, gəlsin, bəlkə arpanı bölə bildik, hamı deyir ki, iki eşşəyin arpasını bölə bilmirlər, camaata ağıl öyrədirlər. Aro deyib gəlirəm və gəlib nə gəlib, Rubenin hay olmayan arvadından tutmuş lap hayın yekəsi olan babasınadək hamısını, qaraqoyunlular demiş, zavodskoy yağlayıb. Ruben Vartanyan isə şalvarını darta-darta minib qırmızı xaç cəmiyyətinin təcili yardım maşınına, orda onu fars ölüsü kimi xərəyə uzadıb üstünü də əllərinə keçən cır-cındırla basdırıb düz Hayastan sərhədinə aparıblar, orda əlini, ağzını açıb deyiblər ki, hara istəyirsən get.

Moskvaya gedib Araiki baqaja qoymaq istəyirmiş ki, ona gözağartması veriblər. Deyiblər, ey durak, sən bizi Azərbaycanın yanında üzüqara, dili gödək elədin, sənə baxanda Araikin papasına bir fars, iki frəng rəhməti düşür, ya Aro ilə yola get, ya da elə burdan ya Parisə, ya Tehrana uç. Sonra isə nə fikirləşibsə deyib ki, bax, hara uçursan uç, bir də bizə uçma, başımızdan birdəfəlik uç.

Ruben indi qalıb iki daşın arasında ki, hara uçsun.

Hara uçur uçsun, təki Xankəndiyə uçmasın.

Nəsib

Oxşar xəbərlər